Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xarici və təcrübəli yerli memarların birgə hazırladıqları müasir layihəyə əsasən hazırda ərazinin mərkəzindən keçən Hüseyn Rəsulbəyov küçəsindəki avtomobil yolu parkın şimal-qərb sərhəddinə köçürülür. 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsindən park istaqamətinə keçid üçün körpü-yerüstü piyada keçidinin inşası da nəzərdə tutulub.
Artıq layihədə nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb. Həmçinin park ərazisində müxtəlif yaş qrupları üçün idman və uşaq oyun və tennis meydançaları, süni göllər, amfiteatr və su rezervuarları quraşdırılacaqdır. Ərazidə piyadaların təhlükəsiz hərəkəti üşün tam şərait yaradılacaq, keçid meydançaları, velosiped yolları çəkiləcək, bura dekorativ daşlar, qranit örtük çəkiləcəkdir.
Yeni parkın ərazisində böyük yaşıllıq sahələri salınaraq yeni ağac və kollar əkiləcək, müxtəlif gül kompozisiyaları yaradılacaqdır.
Bu park ölkə başçısının paytaxtımızı parklar şəhərinə çevrilməsi istiqamətində gördüyü işlərin bir hissəsidir.