Bakıda yeni radarlar quraşdırılır? Açıqlama

01.09.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə avtomobilləri arxa tərəfdən qeydə aldığı yeni radar görüntüləri yayılıb. Görüntülər Bağırov körpüsü ərazisində çəkilib. 
Bu cür qurğuların quraşdırılmasında məqsəd nədir və onların tətbiqi yol hərəkətinin təhlükəsizliyi və nəqliyyatın idarə olunması baxımından hansı faydaları verə bilər?
Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında deyib ki, müxtəlif yerlərdə bunlar ola bilər: 

"Məsələn, Heydər Əliyev prospektində Koroğludan gələndə də görürük ki, dəfələrlə orada yol polisi maşını dayanır və İ-Patrul vasitəsilə çəkiliş aparılır. Əsas məsələ odur ki, bu, qanuni olsun və həqiqətən də düzgün işləsin. Burada haradan çəkiliş aparılmasının o qədər də önəmi yoxdur. Əsas olan qaydanı pozan sürücünün qeydə alınıb-alınmamasıdır. Hər bir halda, sürücülərin həmişə öyrəşdiyi və bildiyi yerlər var. Radarı bilirlər, həmin ərazilərdə sürəti azaldırlar, sonra isə yenidən sürəti artıraraq istədikləri kimi hərəkət edirlər. Nəticədə də müxtəlif hadisələr baş verir. Ona görə də məsələyə təhlükəsizlik baxımından yanaşanda, sürücülər belə bir radar gördükdə dərhal bir-birlərinə məlumat ötürürlər: “Burada da radar var”. Amma nəticədə hər kəs qaydalara uyğun hərəkət edirsə, onun üçün radarın harada olmasının fərqi olmur".
Ekspertin sözlərinə görə, sürücü belə düşünməməlidir ki, “burada radar yoxdur, istədiyim kimi sürə bilərəm”. 
"Radar hər yerdə ola bilər. İ-Patrul formasında da, başqa formada da. Açığı, çox adamın hətta mənim də həmin ərazidə radarın olub-olmamasından xəbərim yoxdur, amma bu, məni şəxsən narahat etmir. Çünki sürət həddini aşmıramsa və normal hərəkət edirəmsə, 100 yerdə kamera və ya radar olsa belə, bunun mənə heç bir təsiri yoxdur. Məntiq və yanaşma da belə olmalıdır. Görürük ki, əksər hadisələr nəzarətin az olduğu, sürücülərin “burada radar yoxdur” deyə düşündüyü və necə gəldi hərəkət etməyə çalışdığı yerlərdə baş verir. Ona görə də radarların yerlərinin dəyişdirilməsi, yeni radarların quraşdırılması və nəzarətin gücləndirilməsi yol polisinin işidir və bunu da həyata keçirəcəklər", - deyə o, vurğulayıb.
@ma._1.2.1 #fyppppppppppppppppppppppp #global #fy #viral ♬ orijinal ses - Asil Gök

Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью