Bakıda yeni söküntü başlayır Nə qədər kompensasiya veriləcək? + Video

17.10.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur.
Yeniavaz.com
“Xəzər TV”yə istinadla xəbər verir ki, bu barədə Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək.
Sədr əlavə edib ki, kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq.
Bununla belə, konkret rəqəmlər bəzi ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью