Bakıda yeni svetoforlar quraşdırıldı VİDEO

16.10.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunda, Səttar Bəhlulzadə və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində yeni svetoforlar quraşdırılıb.

Avtosfer.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qərar ərazidə nəqliyyat sıxlığı və qəza riskləri nəzərə alınaraq qəbul edilib.

Kəsişmədə aparılan təhlillərdən sonra ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada svetoforları quraşdırılıb.

Yeni svetoforların quraşdırılması Atatürk və Ziya Bünyadov prospektləri, eləcə də digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin kəsişmədən daha təhlükəsiz keçməsinə imkan yaradacaq. Həmçinin ərazidə piyadaların hərəkətinin nizamlanması təmin olunacaq.

bax.tvhttps://player.bax.tv/embed/227941.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью