Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq. Ələt Azad İqtisadi Zonasında özəl aeroportun yaradılması sözügedən ərazidə cəlbediciliyi
Gununsesi.info xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Ələt Azad İqtisadi Zonasında yeni hava liman
“Azərbaycanda strateji mövqe ölkəni nəqliyyat qovşağına çevirməkdir. Xüsusilə də burada önə çıxan yükdaşıma məsələsidir.
Hava nəqliyyatı ilə yükdaşımada isə özəl sektorun iştirakçılığı daha çoxdur.
Ələt Azad İqtisadi Zonasından söhbət gedirsə, burada müxtəlif nəqliyyat növlərinə əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir.
Orada avtomobil, dəmiryol nəqliyyatı və dənizə çıxış var. Bu fonda hava nəqliyyatı üçün infrastruktura da ehtiyac yaranır.
Çünki hava nəqliyyatı dünyada ən sürətli yükdaşımanı təmin edən mexanizm olaraq qalır.
Bu aspektdən düşünürəm ki, Ələt Azad İqtisadi Zonasının uzunmüddətli inkişaf perspektivi üçün həmin aeroportun tikilməsi çox vacib elementdir.