Bakıda yeni və özəl hava limanı nələr vəd edir? | Icma.az
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ələt Azad İqtisadi Zonasında özəl aeroportun yaradılması sözügedən ərazidə cəlbediciliyi daha da artırmaqla yanaşı, investisiya axınına da müsbət təsir göstərəcək.
Globalinfo.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Ələt Azad İqtisadi Zonasında yeni hava limanı inşasının verəcəyi dividentlər barədə danışarkən deyib.
“Azərbaycanda strateji mövqe ölkəni nəqliyyat qovşağına çevirməkdir. Xüsusilə də burada önə çıxan yükdaşıma məsələsidir.
Hava nəqliyyatı ilə yükdaşımada isə özəl sektorun iştirakçılığı daha çoxdur.
Ələt Azad İqtisadi Zonasından söhbət gedirsə, burada müxtəlif nəqliyyat növlərinə əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir.
Orada avtomobil, dəmiryol nəqliyyatı və dənizə çıxış var. Bu fonda hava nəqliyyatı üçün infrastruktura da ehtiyac yaranır.
Çünki hava nəqliyyatı dünyada ən sürətli yükdaşımanı təmin edən mexanizm olaraq qalır.
Tam oxu
Xəbəri oxu