Bakıda yeni yerüstü piyada keçidində lift quraşdırıldı VİDEO

12.02.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni piyada keçidinin inşasını yekunlaşdırıb.
Bizim.Media xəbər verir ki, keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3,5 metr, pilləkənlərinin eni 3 metrdir.
 

Yol səviyyəsindən hündürlüyü 5,8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.


İki giriş-çıxışdan ibarət olan keçiddə lift sistemləri quraşdırılıb, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulub, təhlükəsizlik kameraları quraşdırılıb, keçidin ətrafında abadlaşdırılma işləri görülüb.
Yeni yerüstü piyada keçidi inşa edilən ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.





Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью