Bakıda yeniyetmə cüdoçu məşq zalında belə ölüb VİDEO

16.12.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dekabrın 13-ü Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubuna məxsus zalda ölüm hadisəsi baş verib.

Məşq zamanı yeniyetmə idmançılardan birinin idman yoldaşına tətbiq etdiyi fənd digərinin boğulmasına səbəb olub.

Globalinfo.az bildirir ki, idman klubunun mühafizə xidmətinin əməkdaşı Əmir Əliyev İTV-yə açıqlamasında hadisənin müəllimin yanında baş verdiyini, yeniyetmələrin onun qarşısında məşq etdiklərini bildirib.

Qeyd edilib ki, boğulan yeniyetməyə ilkin yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin zaldan çəkilmiş görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью