Bakıda yeniyetmə məktəbin həyətində infarktdan öldü

29.11.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda məktəbin həyətində ölüm hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin həyətində baş verib.

17 yaşlı Eşqin Məhi oğlu Rüstəmov burada infarktdan dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью