Icma.az bildirir, Anews saytına əsaslanaraq. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 13-də saat 18:30 radələrind
Mərkəzdən verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 14 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb.
*** Bakının Xətai rayonunda idman zalında ölüm hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində yerləşən "Hədəf" idman klubunda qeydə alınıb.
Belə ki, məşq zamanı yeniyetmə idmançılardan birinin digər idman yoldaşına tətbiq etdiyi fənd digərinin boğulmasına səbəb olub.
Əraziyə təcili tibbi yardım çağırılsa da, boğulma təhlükəsi ilə üzləşən yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.www.anews.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.