Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Bakıda quldurluq edərək restoranın kassasını qarət edən yeniyetmələrin cinayət işi üzrə məhkəm
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda barələrində həbs olmayan qətimkan tədbiri seçilən
Cinayət işində daha əvvəl zərərçəkən kimi tanınan Amal Kakayev ifadəsi zamanı işlədiyi restoranda gecə növbəsində olduğu zaman iki maskalı ş
Onun ifadəsinə əsasən, maskalı şəxslərin kimliyindən xəbərsiz olub.
Lakin sonradan bilib ki, həmin iki maskalı şəxs onunla birlikdə kirayədə qalan və həmçinin birlikdə çalışan həmkəndliləri ‒ Eltun Mahmudov və Amil Rəhmətov olub.
O, istintaqdakı ifadəsini deyil, məhkəmədə verdiyi ifadəsini təsdiqləyərək deyib ki, bu işdə onun əli olmayıb.
Hadisə ilə bağlı təqsirləndirilən Amil və Eltun isə Amal Kakayevin yalan danışdığını, bu planı qabaqcadan düşünülmüş şəkildə həyata keçirdiklərini deyiblər.
Qeyd edək ki, 2025-ci il fevralın 8-i səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq faktının baş verməsi barədə polisə məlumat daxil olub.