Bakıda yeniyetmənin iPhone 16 sını soyğunla aldılar

06.08.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Nizami rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq hadisəsi baş verib.

Məlumata görə, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat qiymətləndirilən "iPhone 16" markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı İ.Əbilov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun ələ keçirdiyi telefonu metronun "20 Yanvar" stansiyası yaxınlığında satdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью