Bakıda yeraltı keçidin divarlarından ŞƏLALƏ AXIR: Piyadalar islanır VİDEO

26.02.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtda təkcə qarın yağması yox, həm də əriməsi problemlərə səbəb olub. Belə ki, Bülbül prospekti və Füzuli küçəsinin kəsişməsində yerləşən yeraltı keçidin divarlarından su axır.

Avtosfer.az xəbər verir ki, keçid divarını yararaq axan suyun qarşısını almaq üçün kimsə kibrit çöplərindən istifadə edib.

Lakin bu vasitə uğursuz olduğundan axan su eskalatordan istifadə edən piyadaların islanmasına səbəb olur.

Qeyd edək ki, həmin ərazidə olan yeraltı keçidlərdəki eskalatorlar tez-tez çalışmırlar.

Görüntüləri təqdim edirik:

Mənbə: “Bizim.Media”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью