Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün axşam saatlarında Səbail rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, yolu yeraltı piyada keçidinin üstündən qaçaraq keçən qadını Bayraq Meydanının qarşısında avtomobil vurub. Ağır xəsarət alan piyada hadisə yerində keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Könül Rauf