Bakıda yol çökdü: Avtomobilin təkəri partladı VİDEO

27.06.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Binəqədi rayonu ərazisində yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb. Şikayətçi bidirib ki, hadisə S.S.Axundov küçəsində qeydə alınıb. Belə ki, lükün ətrafında asfalt örtüyü çöküb və nəqliyyat vasitələri üçün ciddi təhlükə, qəza şəraiti yaranıb. Buna baxmayaraq, ərazidə heç bir xəbərdaredici nişan quraşdırılmayıb.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью