Bakıda yol polisinə tabesizlik göstərən sürücü həbs olundu

03.06.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb.

Gununsesi.info  xəbər verir ki, müəyyən edilib ki, axtarışda olan, atasına məxsus “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İsrafil Əliyev narkotik vasitənin təsiri altında olub.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əliyev narkotik vasitələrin qanunsuz istehlakı və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью