Bakıda yol qəzası: İşıqfor yerindən qopdu FOTOLAR

11.12.2024

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Bakının Nəsimi rayonu, Zərifə Əliyeva küçəsində ("Sahil" metrostansiyasının yaxınlığında) yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, qəza zamanı "Toyota" və "Hyundai" markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində "Hyundai" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı işıqfora çırpılıb. Zərbənin təsirindən işıqfor yerindən çıxaraq aşıb.

Hadisə yerinə dərhal yol polisi əməkdaşları cəlb olunub. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Rəhman Mirzəlizadə, BakuPost





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью