Bakıda yol qəzası olub, svetofor yararsız hala düşüb

29.05.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda yol qəzası olub.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, gecə saatlarında paytaxtın Xətai rayonu, Xocalı prospekti ilə Fəzail Bayramov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən üzərində piyada və velosiped bölməsinin də olduğu nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sıradan çıxan svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью