Bakıda yol qəzası olub: Svetofor yararsız vəziyyətə düşüb

25.01.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında baş verib.

Qəza zamanı yeni quraşdırılmış svetofor yararsız vəziyyətə düşüb.

NİİM-in əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni svetoforun quraşdırılması işlərinə başlanılacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью