Bakıda yol qəzası zamanı avtomobil yanıb

30.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı şəhərinin Xəzər rayonunda "Porsche" və “Fiat” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Cebheinfo.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın nəticəsində "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью