Bakıda yol qəzasında bir nəfər öldü İki nəfər xəsarət aldı KONKRET | Icma.az
Icma.az bildirir, Konkret.az portalına istinadən. Bakıda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.
Hikmət İskəndərovun idarə etdiyi “VAZ 21011” markalı avtomobilin yol kənarında dayanmış “Mitsubishi” markalı yük avtomobili ilə toqquşması nəticəsində sərnişin 1980-ci il təvəllüdlü Azadə İsgəndərova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü H.İskəndərov və sərnişin 2008-ci il təvəllüdlü Zənurə İsgəndərova müxtəlif xəsarətlər ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu