Bakıda yola çıxanların diqqətinə Bu istiqamətlərdə…

28.08.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 

Hazırda yollardakı vəziyyət belədir: Sezar pizza

Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində.

Sürücülərə yollardakı sıxlığı nəzərə almaları və mümkün olduqda alternativ istiqamətlərdən istifadə etmələri tövsiyə olunur.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью