Bakıda yolayırıcında zəncirvari qəza 3 maşın bir biriylə toqquşdu VİDEO

03.03.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza martın 3-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai”, “Toyota” və “VAZ” markalı maşınlar bir-birinə çırpılıb. İddialara əsasən, qəzaya səbəb “Toyota” sürücüsünün yol ver nişanına əhəmiyyət vermədən yolayırıcına daxil olması olub. Nəticədə Ziya Bünyadov prospekti ilə hərəkət edən “Toyota”nın sürücüsü Azadlıq prospektindən gələn “Hyundai”la toqquşub. Arxadan gələn “VAZ” sürücüsü isə düzgün ara məsafəsi təyin etmədiyi üçün “Toyota” dəyib. 

Qeyd edək ki, hadisə zamanı hər üç nəqliyyat vasitəsi sıradan çıxıb. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью