Bakıda yolayrıcını düzgün keçməyən iki avtomobil TOQQUŞDU

18.07.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Sabit Orucov küçəsi, 17 ünvanında qeydə alınıb.

Belə ki, yol ayrıcını düzgün keçməyən iki avtomobil toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.

Xəsarət alanlarla bağlı hələ heç bir məlumat yoxdur.

Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, həmin ərazidə tez-tez yol-nəqliyyat hadisələri qeydə alınır.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью