Bakıda yolda çuxur yarandı Təhlükəli GÖRÜNTÜLƏR

23.10.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Paytaxtın Nərimanov rayonunda, Ağa Nemətulla küçəsində asfalt örtüyünün çökməsi nəticəsində yolda böyük çuxur əmələ gəlib.

Lent.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əraziyə baxış keçirilib:

"Kommunikasiya xətlərində yaranmış problemlərin yol örtüyündə çökməyə səbəb olduğu aşkar edilib. Hazırda ərazidə aidiyyəti qurumun əməkdaşları tərəfindən kommunikasiya xəttində yaranan problemin aradan qaldırılması ilə bağlı iş aparılır. Proses başa çatdıqdan sonra çökən yol hissəsində müvafiq tədbirlərin görülməsi tərəfimizdən təmin olunacaq". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью