Bakıda yoldan çıxan maşın beton maneəyə dırmandı VİDEO

18.03.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-AU-880 dövlət nömrə nişanlı “Kaiyi X7” markalı avtomobil beton maneəyə dırmanıb. Şahidlərinin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzalı maşın evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью