Bakıda yollar buz bağlayacaq SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

15.12.2024

Icma.az, Shownews saytına istinadən bildirir.

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 16-da gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var.

Hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью