Icma.az bildirir, Baku.ws portalına istinadən.
Bakıda su təsərrüfatı infrastrukturunun yenilənməsi çərçivəsində 1 200 ədəd yeni lük qapağının alınması nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən lük qapaqlarının satın alınması ilə bağlı müsabiqə elan edilib.
Layihə üzrə ehtimal olunan qiymət 322 140 manat müəyyənləşdirilib.
Yeni qapaqların alınması şəhər ərazisində su və kanalizasiya şəbəkələrinin istismarı ilə bağlı infrastrukturun yenilənməsinə xidmət edəcək. Daha davamlı və yüksək yükə hesablanmış qapaqların quraşdırılması yollar və səkilərdə lüklərin təhlükəsizliyinin artırılmasına, sıradan çıxmış qapaqlardan yaranan risklərin azaldılmasına və su təsərrüfatı obyektlərinin daha etibarlı qorunmasına imkan verəcək.