Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qara görə paytaxtda bəzi yollarda endirilən sürət həddi bərpa olunub.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, qarlı hava şəraiti səbəbindən Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.