Bakıda yollardan birində nəqliyyatın hərəkəti qismən BAĞLANACAQ

03.03.2026

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhəri, Xətai rayonunda Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsi ilə kəsişməsindən Sənan Kərimov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq, 4 mart saat 08:00-dan saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Qeyd olunub ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью