Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, idarəetməni itirən "KİA" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini dirəyə çırpıb.
Qəza zamanı bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.