Bakıda yolnəqliyyat hadisəsi olub, xəsarət alan var

26.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Bakının Sabunçu rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 1996-cı il təvəllüdlü Əhmədova Xanım Vidadi qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью