Bakıda yolnəqliyyat hadisəsi zamanı avtomobil yanıb

30.11.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərinin Xəzər rayonunda "Porsche" və "Fiat" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью