Bakıda yolnəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb

25.11.2024

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Zığ şossesində baş verib.

Belə ki, “Daewoo” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərəklə avtomobilini eyni istiqamətdə hərəkət edən “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpıb.

Zərbənin gücündən “Mercedes” markalı avtomobil yol kənarına aşıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü ağır xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью