Bakıda yolu keçən polisi maşın vurub öldürdü

15.11.2024

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 15-də Səbail rayonu Salyan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo”ya bildirilib ki, "Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. 

Faktla bağlı cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью