Bakıda yolu kəsənlər xaosa səbəb olublar FOTOLAR

03.12.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində nəqliyyat sıxlığı xaotik vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a sakinlər müraciət ediblər. Onlar bildirirlər ki, metronun çıxışında sürücülərin pərakəndə parkinqi səbəbindən piyadaların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Sakinlər qeyd edirlər ki, günün istənilən saatında eyni mənzərəni görmək mümkündür və yaranmış vəziyyət uzun müddətdir narazılığa səbəb olur. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью