Bakıda yolu qaçaraq keçən gənclərdən birini “Mercedes” vurdu ANBAAN VİDEO

21.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtda piyadanın vurulmasıyla nəticələnən qəza avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl Həsən Əliyev küçəsində qeydə alınıb. Videodan da göründüyü kimi, sözügedən küçədə piyadalar kütləvi şəkildə qayda pozurlar. Hətta yolun ortasında dayanan gənclər yaxınlaşmaqda olan avtomobilə əhəmiyyət vermədən qaçaraq yolu keçməyə çalışırlar. Bu zaman onlardan biri “Mercedes” markalı maşınla toqquşur. Xoşbəxtlikdən o, xəsarət almır. Ardınca sürücü və piyada arasında mübahisə yaranır.

Qeyd edək ki, yaxınlıqda bir neçə piyada keçidi var.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью