Bakıda yük avtomobili qəzaya düşdü, ölən var

19.09.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda səhər saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Sabunçu-Zabrat yolunda 90-OH-375 dövlət nişanlı "Ford Transit" markalı yük avtomobili qəzaya uğrayıb.

Qəza nəticəsində sürücünün sükan arxasında sıxılıb qaldığı və həlak olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Təhməz Əsəd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью