Bakıda yük avtomobilinin vurduğu piyada beş gün sonra ölüb

14.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda beş gün qabaq yük avtomobilin vurduğu piyada ölüb.

"Report" xəbər verir ki, noyabrın 8-də Sabunçu rayonu, Bilgəh-Pirşağı avtomobil yolunda Zahid Vahid oğlu Quliyev idarə etdiyi "Hyundai" markalı yük avtomobili ilə hərəkətdə olan zaman Əbülfət Misir oğlu Qarayevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, amma həkimlərin səyinə baxmayaraq ötən gün orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью