Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobili 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşıb.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.