Bakıda yük maşını zəncirvari qəza törətdi VİDEO

29.01.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, qəzanın baş verdiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, yol kəsişməsində “Mercedes” markalı kiçiktutumlu yük avtomobili sürücünün idarəetməsindən çıxıb. Nəticədə maşın öz yolu ilə hərəkət edən “Fiat Doblo” və “Hyundai” markalı digər minik avtomobilləri ilə toqquşub. Zərbənin təsirindən avtomobillər yaşıllıq zolağa daxil olublar.
Hadisə anının görüntülərini təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью