Bakıda yük qatarının yolu bağlamasının səbəbi AÇIQLANDI RƏSMİ VİDEO | Icma.az
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda Yeni Suraxanı qəsəbəsində yük qatarının qısa müddət yolu bağlaması ilə bağlı görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, kadrlarda yük qatarının yolda dayanması səbəbindən nəqliyyat vasitələrinin hərəkət edə bilməməsi öz əksini tapıb.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) müraciət etdik.
Qurumun mətbuat xidmətindən bildirildi ki, həmin ərazidə planlaşdırılmış təmir-tikinti işləri aparılır: "Bu səbəbdən günün müəyyən saatlarında yük qatarlarından lazımi tikinti materialları boşaldılır və bu da qısamüddətli prosesdir.
Ümumiyyətlə, dəmir yollarında təmir-tikinti işləri aparılarkən keçidlərdə bəzən belə hallar müşahidə olunur".
(baku.vs) Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu