GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
COP29 çərçivəsində ilk dəfə keçirilən İnsan İnkişafı tematik Günündə “İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü” mövzusunda yüksək səviyyəli birgə iclas baş tutub.
Globalinfo.az xəbər verir ki, tədbir COP29 Sədrliyi tərəfindən, Elm və Təhsil Nazirliyi, eləcə də Asiya İnkişaf Bankı, Yaşıl İqlim Fondu, Beynəlxalq Əmək Təşkilatı (ILO), UNESCO, UNICEF və ÜST kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə keçirilib.
Birgə iclasın əsas məqsədi insan inkişafına investisiyanın iqlim dayanıqlılığının təmin edilməsində mühüm əhəmiyyətini vurğulamaq olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, dayanıqlı cəmiyyət fərdlərin ətraf mühit çağırışları qarşısında uyğunlaşması üçün lazımi bilik, bacarıq və dəstək sistemləri ilə təmin edilməsidir.
Qeyd edib ki, Bakı təşəbbüsü gəncləri iqlim dəyişiklikləri ilə mübarizədə davamlı tədbirlərin fəal iştirakçıları kimi gücləndirməyi hədəfləyir.
Tədbir çərçivəsində Azərbaycan Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə ətraf mühit savadlılığı ilə bağlı biliklərin ölçülməsini təklif edib.
Bu təşəbbüs Azərbaycanın qlobal iqlim təhsili standartlarına dəstəyinin göstəricisi kimi qiymətləndirilib.