Bakıda yüksək sürətlə gələn maşın yük avtomobili ilə toqquşdu ANBAAN GÖRÜNTÜLƏR

18.11.2024

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə Ramana qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, yüksək sürətlə girdiyi döngədə sərt manevr edən minik maşınının sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini qarşıdan gələn yük maşınına çırpıb. Çırpılma nəticəsində yük maşını aşıb. Qəza anı ərazidəki təhlükəsizlik kameralarına əks olunub.

Nəticədə ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Sözügedən görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью