Bakıda yüksək vəzifəli şəxsi intim videoları ilə şantaj ediblər

24.01.2026

Reyting.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda yüksəkvəzifəli şəxslərdən birinin evinə qanunsuz olaraq gizli kamera quraşdıraraq intim görüntülərini əldə edən 1987-ci il təvəllüdlü Elvin Əhmədovun (soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Reyting.az "Teleqraf"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qarşı tərəfi bu görüntülərlə şantaj edərək külli miqdarda pul ələ keçirən təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, Elvin tanışlarının vasitəsilə vəzifəli şəxsin evinin açarını qanunsuz olaraq ələ keçirib və mənzilə gizli kamera quraşdırmağa nail olub. O, bundan sonra həmin şəxsdən 5 milyon dollar pul tələb edib. Zərərçəkmiş şəxs isə görüntülərin yayılmasından ehtiyat edərək onu şantaj edənlərə 840 min ABŞ dolları ödəyib.

Prosesin davamında isə zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına baş verənlərlə bağlı şikayət ərizəsi ilə müraciət edib. Nəticədə qanunsuz əməllərlə məşğul olan Elvin Əhmədov cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə qarşısına çıxarılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью