Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. "Ölkədə yumurta qıtlığı gözlənilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli mətbuatda yumurta qıtlığı ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.
Sədr ölkədə kifayət qədər istehsalın olduğunu açıqlayıb: "Gündəlik təlabatımız 4 milyon ədədə yaxındır, yumurta istehsalımız isə 5 milyon 500 yüz minin üzərində dayanır.
Hər gün xaricə bir, yaxud da iki maşın ixracımız var. Yumurta artıqlığı o qədərdir ki, kifayət qədər də ixrac var”.
Sədr yumurtanın ucuzlaşmasının səbəbinə də aydınlıq gətirib: "İstehsal çoxaldı, təlabat azaldı.
Təlabat azalan kimi təklif çoxaldı və qiymətlər endi. Bütün fabriklər rəqabətli şəkildə qiymətləri aşağı endirdilər.
Bu gün üçün ölkədə bir ədəd yumurtanın maya dəyəri 13-14 qəpik civarındadır. Bunun satışı isə 16-17 qəpik arasındadır.
Ona görə də Azərbaycanda düşünmürəm ki, gələcəkdə yumurtanın qiyməti qalxsın.