Bakıda zavodun anbarında yanğın baş verib

09.12.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bakının Nizami rayonunda yanğın hadisəsi olub.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodun anbarında qeydə alınıb.

Hadisə yerinə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью