Bakıda zavodun anbarında yanğın baş verib

09.12.2024

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Bakının Nizami rayonunda yanğın hadisəsi olub.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodun anbarında qeydə alınıb.

Hadisə yerinə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью