Bakıda zavodun liftində faciə Ölən var

26.07.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 24-ü gecə saat 23 radələrində qeydə alınıb. 

Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Rahim oğlu Əliyev “Çinar” soyuducu zavodunun binasının liftini təmir edən zaman liftin şaxtasına yıxılıb. 

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 36 yaşlı usta vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sözügedən zavod Müzəffər Nərimanov küçəsində yerləşir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью