Bakıda Zəfər Günü münasibətilə konsert keçirilir Video

08.11.2024

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 8-də Bakıda, Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti təşkil olunub.

Xalqcebhesi.az xəbər verir ki, konsertdə Azərbaycan estradasının ulduzları proqramlar ilə çıxış edirlər.

Konsert proqramı paytaxt sakinləri tərəfindən maraqla qarşılanır.

44 günlük Vətən müharibəsinin dördüncü ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Park, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə Xarıbülbül nişanı və Qələbə şüarlarını görmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью